"Sertifikasiyadan kəsilən bəzi müəllimlər Elm və Təhsil Nazirliyi tərəfindən işlə təmin olunurlar".
Manset.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.
O qeyd edib ki, sertifikasiyadan keçə bilməyən şəxslər sosial həssas qruplara münasibət çərçivəsində Uşaqların Müdafiəsi İdarəsində sosial pedaqoq vəzifələrində işləyə bilirlər.
"Bu vəzifələr üzrə tamştat, yarımştat əsaslarla, məktəblərdə dərs deməmək şərti ilə aidiyyəti üzrə işlərə cəlb olunan heyətimiz var. Bu say 1000 nəfərdən çoxdur. Növbəti mərhələlərdə sayın artırılması gözlənilir", - deyə nazir müavini vurğulayıb.