logo
logo logo
logo

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq 

10:40 - 06 Noyabr 2026

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq 

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdən əvvəlki ümumi diri çəkisi hesablanacaq.

Bu göstərici inək və camışlar, qoyun və keçilər, donuzlar, eləcə də quşlar üzrə ayrıca təsnifləşdiriləcək.

Bundan başqa, əvvəlki il ərzində qoyunlardan qırxılmış yunun və təsərrüfatda istehsal edilmiş baramanın ümumi miqdarı da kiloqramla qeydə alınacaq.

Məlumatlar faktiki istehsal göstəriciləri əsasında uçota daxil ediləcək. Ümumi göstəricilərlə onların tərkib hissələri arasında uyğunluq təmin olunmalı, eyni məhsulun və ya göstəricinin təkrar hesablanmasına yol verilməməlidir.

Qaydaya görə, məlumatları dəqiq müəyyənləşdirmək mümkün olmadıqda əsassız rəqəmlərin uçot sənədinə daxil edilməsinə icazə verilmir.

Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az