logo
logo logo
logo

Türkiyədə ağır qəza - Ölən və yaralananlar var

11:52 - 06 Noyabr 2026

Türkiyədə ağır qəza - Ölən və yaralananlar var

Türkiyənin Zonquldaq vilayətində üç mədən işçisinin olduğu avtomobil 100 metrlik uçuruma yuvarlanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ağır qəza nəticəsində 22 yaşlı Əhməd Ərkan həyatını itirib.

Qəza Zonquldaq–Ərəğli istiqamətindəki D-100 avtomobil yolunun Ömərli ərazisində baş verib.

Məlumata görə, Türkiyə Kömür Müəssisələrinin (TTK) üç əməkdaşı Kozludakı iş yerlərinə getmək üçün yola çıxıb. 24 yaşlı Taha K.-nın idarə etdiyi, 67 AFN 616 dövlət qeydiyyat nişanlı “Peugeot” markalı minik avtomobili Zonquldaq istiqamətində hərəkətdə olarkən döngədə idarəetmədən çıxıb.

Yoldan çıxan avtomobil təxminən 100 metr hündürlükdəki uçuruma yuvarlanıb. Qəza nəticəsində 22 yaşlı Əhməd Ərkan hadisə yerində həyatını itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az