logo
logo logo
logo

Ferrari tarixinin ilk tam elektrikli modelini təqdim etdi

14:59 - 06 Noyabr 2026

Ferrari tarixinin ilk tam elektrikli modelini təqdim etdi

Dünyanın ən məşhur idman avtomobili brendlərindən biri olan "Ferrari" 79 illik tarixində yeni bir səhifə açıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, markanın ilk tam elektrikli modeli olan "Luce" 550 min avro (təxminən 1 milyon 4 min manat) başlanğıc qiyməti ilə gündəmə gəlib. İndiyədək təxminən 300 min avtomobil istehsal edən İtaliya nəhəngi indi 1035 at gücünə malik elektrikli modeli ilə diqqət çəkir.

"Ferrari"nin hekayəsi 1947-ci ildə İtaliyanın Maranello şəhərində başlayıb. Enzo Ferrarinin adını daşıyan ilk avtomobil olan "125 S" 12 silindrli mühərriki ilə yola çıxıb. Elə həmin il ilk yarış qələbəsini qazanan brend qısa müddətdə dünyanın ən vacib idman avtomobili istehsalçılarından birinə çevrilib. "Ferrari"nin simvolu olan şahlanan at yalnız avtomobil kapotlarında deyil, "Formula 1" traslarında da sürətin və nüfuzun rəmzinə çevrilib. Markanın 79 illik tarixində dəyişməyən əsas xüsusiyyətlərindən biri avtomobillərini tələbatdan az tutaraq imtiyazlı müştəri kütləsinə xitab etməsi olub.

"Ferrari"nin 1947-ci ildə cəmi bir neçə avtomobillə başlayan istehsalı bu gün ildə 13 mindən çox təslimata çatıb. Tarixi istehsal qeydləri və şirkətin çatdırılma göstəriciləri birgə qiymətləndirildikdə, 2025-ci ilin sonunadək təxminən 294 min "Ferrari"nin istehsal olunduğu və ya müştərilərə təhvil verildiyi hesablanır.

Şirkət 2024-cü ildə 13 min 752, 2025-ci ildə isə 13 min 640 avtomobil təslim edib. 2026-cı ilin ilk doqquz ayında isə daha 10 min 170 avtomobil müştərilərə göndərilib. Beləliklə, ümumi istehsal və təslimatın 300 min həddini aşdığı ehtimal olunur. "Ferrari"nin əsas xüsusiyyətlərindən biri daha çox avtomobil satmaq imkanına malik olmasına baxmayaraq, məhdud istehsal strategiyasını qoruyub saxlamasıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az