logo
logo logo
logo

Millidən ayrılan Emin Mahmudovdan açıqlama 

17:55 - 06 Noyabr 2026

Millidən ayrılan Emin Mahmudovdan açıqlama 

Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığmadakı karyerasını başa vurmağı ilə bağlı fikirlərini bölüşüb.


Manset.az xəbər verir ki, futbolçu bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

“Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşürəm: Azərbaycan milli komandasındakı karyeramı başa vururam.

Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam. O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi. Bu illər mənə unudulmaz anlar, dəyərli dostluqlar və sözlə ifadə etməkdə çətinlik çəkdiyim duyğular bəxş etdi.

Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşəkkür isə hər zaman dəstəyini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq.

Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram.

Hər şey üçün təşəkkür edirəm”, - deyə o, qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az