logo
logo logo
logo

Məşhur sovet aktrisası vəfat etdi

14:15 - 07 Noyabr 2026

Məşhur sovet aktrisası vəfat etdi

Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub.

O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib və karyerası ərzində onlarla filmdə rol alıb.

Aktrisa “Sverstnitsı”, “12 stul”, “Sən heç yuxuda da görməzdin...”, “Demidovlar”, “Vivat, qvardiyaçılar!” filmlərində və “Peterburq sirləri” serialında çəkilib.

Ona geniş şöhrət qazandıran ekran əsərləri həyat yoldaşı, yazıçı və rejissor Vasili Şukşinin filmləri — “Peçki-lavoçki” və “Kalina krasnaya” olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az