logo
logo logo
logo

“Naxçıvan” “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub etdi - FOTOLAR

21:52 - 06 Noyabr 2026

“Naxçıvan” “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub etdi - FOTOLAR

Azərbaycan qadın voleybolçularının Super Liqası çərçivəsində “Naxçıvan” və “Azərmaş Abşeron” komandaları arasında keçirilən qarşılaşma “Naxçıvan” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Manset.az xəbər verir ki, qarşılaşmanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialının direktoru, Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev izləyiblər.

Oyunun sonunda Şahin Bağırov “Naxçıvan” komandasının üzvlərini qələbə münasibətilə təbrik edərək voleybolçulara gələcək yarışlarda uğurlar arzulayıb.

Görüşü tribunadan izləyən naxçıvanlı Ramil Əliyev doğma komandanın qələbəsini böyük sevinc və qürur hissi ilə qarşılayıb, idmançılara növbəti oyunlarda uğurlar və yeni nailiyyətlər arzulayıb. Qarşılaşmanın sonunda Ramil Əliyev voleybolçularla xatirə şəkilləri çəkdirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az