Çinin şimalında yaşayış binasında baş verən yanğında 14 nəfər ölüb.
Manset.az Xinhua agentliyinə istinadən xəbər verir ki, Çinin şimalındakı Şansi əyalətinin mərkəzində, Taiyuan şəhərindəki binada baş verən yanğın nəticəsində 14 nəfər həyatını itirib.
Yanğın bazar günü saat 16:59-da şəhərin Yingze rayonundakı binada baş verib.