Azerbaijan flag

Malayziyada sel nəticəsində 8 nəfər itkin düşdü

09:50 - 10 Noyabr 2026

Malayziyada sel nəticəsində 8 nəfər itkin düşdü

Malayziyanın Selanqor ştatında, Sunqay-Pertak çayı yaxınlığındakı istirahət zonasında qəfil baş verən sel nəticəsində 8 nəfər itkin düşüb, daha 19 nəfər isə suyun əhatəsində qalıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Selanqor Yanğın və Xilasetmə Xidmətinin məlumatına görə, çərşənbə axşamı səhər saatlarına qədər xilasedicilər 19 nəfəri təxliyə edə biliblər. Güclü su axınının apardığı 8 nəfərin axtarışları davam edir.

Sel bir neçə ərazini, o cümlədən Sunqay-Pertak, Lata-Cerlus, Kem-Luit və Qununq-Raca dağını əhatə edib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az