Azerbaijan flag

İzmirdə baş verən partlayışla bağlı 11 nəfər saxlanıldı 

15:28 - 10 Noyabr 2026

İzmirdə baş verən partlayışla bağlı 11 nəfər saxlanıldı 

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb.


Manset.az Report-a istinadən istinadən xəbər verir ki, bunu Türkiyə ədliyyə nazirinin müavini Can Tuncay deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı daha 11 şübhəli haqqında həbs qərarı verilib.

Qeyd edək ki, 17 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı ötən gün aparılan ilkin araşdırmalar nəticəsində təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az