Bakının Biləcəri qəsəbəsində, “Avtovağzal” metro stansiyasının yaxınlığında yerləşən Kristalın Biləcəri Yaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdim olunur. Tikinti mərhələsində olan, 50,16 kv.m-dən başlayan mənzilləri 26 100 AZN-dən başlayan ilkin ödənişlə əldə etmək mümkündür.
Alıcılar üçün əsas üstünlüklərdən
biri fərqli büdcələrə uyğun ödəniş imkanlarının mövcudluğudur. Belə ki, qeyd
olunan ilkin ödənişlə mənzilləri 20 ilədək ipoteka, həmçinin illik 8%-dən
başlayan faiz dərəcəsi ilə güzəştli kredit vasitəsilə əldə etmək mümkündür.
Bundan əlavə, Kristalın “Evini hissə-hissə
al” modeli də bu mənzillər üçün keçərlidir. Bu model vasitəsilə alıcılar mənzilin
sahəsini mərhələli şəkildə, faiz və aylıq ödəniş öhdəliyi olmadan əldə edə bilərlər.
Biləcəri Yaşayış Kompleksində yalnız
2 otaqlı studiyalar deyil, 3 otaqlı, 3 otaqlı studiya və 4 otaqlı mənzillər də
satışdadır. Sahəsi 109 kv.m-ə qədər olan bu mənzillər həm kiçik, həm də daha
geniş yaşayış sahəsi axtaran ailələr üçün müxtəlif seçimlər yaradır.
Biləcəri Yaşayış Kompleksinin əsas
üstünlüklərindən biri “Avtovağzal” metro stansiyasına yaxın məsafədə yerləşməsidir.
Bu, şəhərin müxtəlif istiqamətlərinə rahat gediş-gəliş imkanı yaradır.
Tikintisi davam edən mənzillər tam təmirli
təhvil veriləcək. Beləliklə, gələcək sakinlər əlavə təmir xərcləri çəkmədən
yeni evlərinə köçə biləcəklər.
Layihədə yaşıllıq və istirahət
zonaları, gəzinti və velosiped yolları, uşaq oyun meydançaları, idman sahələri,
yeraltı avtomobil dayanacağı, ticarət və xidmət obyektləri, eləcə də 24/7
mühafizə sistemi nəzərdə tutulub.
Biləcəridə mənzil sahibi olmaq istəyənlər
üçün bu satış şərtlərindən yararlanmaq fürsəti davam edir. Mənzillərin qiymətləri,
mövcud seçimlər və ödəniş imkanları barədə ətraflı məlumat almaq üçün Kristalın
satış ofisinə müraciət etmək və ya *1544 qısa nömrəsi ilə əlaqə saxlamaq
mümkündür.
Ətraflı: *1544
Ünvan:Biləcəri qəsəbəsi,
X.Natəvan küç. 52C