Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1984-cü il təvəllüdlü (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Manset.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ona sol saidin aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sol said sümüklərinin yerdəyişmiş sınığı, sol baldır sümüklərinin aşağı 1/3 hissəsinin yerdəyişmiş sınığı, sol aşağı ətraf oynağının çıxığı, eləcə də bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi müdaxilələr göstərilib və cərrahi əməliyyata alınıb.