Azerbaijan flag

Makronun qarşılanma mərasimində gözlənilməz hadisə - VİDEO

11:16 - 12 Noyabr 2026

Makronun qarşılanma mərasimində gözlənilməz hadisə - VİDEO

Fransa Prezidenti Emmanuel Makronun Slovakiya Prezidenti Peter Pelleqrininin qarşılanma mərasimi zamanı gözlənilməz hadisə baş verib.


Manset.az xəbər verir ki, çərşənbə günü Parisdəki Yelisey sarayında keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin üzvlərindən biri qəfil huşunu itirərək yerə yıxılıb.

Hadisədən sonra Makron və saray əməkdaşları əsgərə yaxınlaşıblar. Daha sonra əməkdaşlar onu ərazidən uzaqlaşdırıblar. Bundan sonra Fransa Prezidenti slovakiyalı həmkarı Peter Pelleqrini ilə salamlaşıb.

Əsgərin səhhətinin hazırkı vəziyyəti və huşunu itirməsinin səbəbi barədə hələlik məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az