Azerbaijan flag

Bu instituta icraçı direktor təyin olundu

14:52 - 12 Noyabr 2026

Bu instituta icraçı direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.


Manset.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.

Digər Əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.

Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı İnstitutun kollektivinə təqdim edib.

Görüş çərçivəsində institutun elmi fəaliyyətinin təkmilləşdirilməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin inkişafı və əldə olunan elmi nəticələrin praktik tətbiqi məsələlərinə toxunulub. İnstitutun gələcək fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb.

Nigar Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb. 2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olub, həmçinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib, 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.

Elmi fəaliyyətinin əsas istiqamətlərini molekulyar genetika, genetik polimorfizmlər, onkogenetika və fərdiləşdirilmiş tibb təşkil edir. 15 məqalə və 3 konfrans tezisi daxil olmaqla 18 elmi əsərin müəllifi və həmmüəllifidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az