Azerbaijan flag

AFFA hakimi təhqir edən məşqçi və futbolçunu cəzalandırdı

12:58 - 12 Noyabr 2026

AFFA hakimi təhqir edən məşqçi və futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi II Liqada hakimi təhqir edən futbolçu və məşqçini cəzalandırıb.


Manset.az xəbər verir ki, "Şəmkir"in oyunçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə matçın 90-cı dəqiqəsində referini təhqir edib.

Qırmızı vərəqə alan F.Əhmədov dörd oyunluq cəza alıb, kluba 1000 manat cərimə kəsilib.

"Difai"nin məşqçisi Əli Hüseynov isə "Zəngəzur"la matçın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Mütəxəssis buna görə dörd oyunluq cəza ilə üzləşib, kluba 1000 manat cərimə kəsilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az