Azerbaijan flag

Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı 

14:27 - 12 Noyabr 2026

Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xəzinədarlıq orqanları ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 % az - 1 milyon 110 mindən çox ödəniş tapşırığı icra edib.


Manset.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 10 ayda icmal büdcənin gəlirləri 41 milyard 952 milyon manat, xərcləri 34 milyard 82,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat (1 il əvvələ nisbətən 2,1 % çox), xərcləri 28 milyard 761,4 milyon manat (3,8 % çox) təşkil edib.

Son nəticədə icmal büdcədə 7 milyard 869,6 milyon manat, dövlət büdcəsində isə 4 milyard 808,2 milyon manat (21,3 % çox) profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 16 milyard 65,2 milyon manat (11,7 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 613,5 milyon manat (6,8 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat (23,6 % çox), sair daxilolmalar 540 milyon manat (12,2 % az), Dövlət Neft Fondundan transfert 10 milyard 697 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 11,3 % az), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 606,1 milyon manat (13 % çox) təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az