ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı açıqlama verərək Tehran rəhbərliyi ilə razılaşmağa ehtiyac duymadıqlarını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ-nin vitse-prezidenti Cey Di Vensdən İranla razılaşma əldə etmək əvəzinə “demokratların korrupsiyasına” diqqət yetirməsini istədiyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında vitse-prezident Vensin Tehran rəhbərliyi ilə razılığa gəlmək məqsədilə danışıqlar aparacağı barədə yayılan məlumatlara münasibət bildirib.
Tramp açıqlamasında deyib:
“İranla razılaşmağa ehtiyac yoxdur. O günlər artıq geridə qalıb. Onların yüz milyardlarla dolları bizim əlimizdədir, Hörmüz boğazına nəzarət də bizdədir”.