logo
logo logo
logo

Meyiti tapılan Mirzəcan kişi ilə bağlı YENİ DETALLAR

10:40 - 13 Noyabr 2026

Meyiti tapılan Mirzəcan kişi ilə bağlı YENİ DETALLAR

Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik kəndi istiqamətindəki boş sahədə aşkar edilib.

İlkin ehtimala görə, M.Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimindən sonra insanların sıx cəmləşdiyi yeri tərk edərək azıb.

Daha sonra Gəncə şəhərindən çıxaraq Göygöl rayonu istiqamətində hərəkət edib və Bakı-Qazax yoluna doğru gedib.

Boş sahədə olarkən – magistraldan bir neçə kilometr aralıda 84 yaşlı kişinin yıxıldığı, aclıq və soyuqdan öldüyü ehtimal edilir.

İlkin baxış zamanı onun üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az