logo
logo logo
logo

Sosial şəbəkədə 300 minlik dələduzluq edən şəxslər saxlanıldı

09:13 - 13 Noyabr 2026

Sosial şəbəkədə 300 minlik dələduzluq edən şəxslər saxlanıldı

Avtomobil almaq istəyən bir qrup vətəndaş dələduzluqla üzləşdiklərini iddia edirlər.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, "TikTok" sosial şəbəkəsində münasib qiymət və şərtlərlə avtomobil satışı elanına rast gəliblər.

Onlar müəyyən məbləğdə ilkin ödəniş edərək avtomobil sahibi olmaq istəyiblər. Ancaq sonradan aldadıldıqlarını başa düşüblər.

Şikayətçilərin sözlərinə görə, eyni əməl onlarla şəxsin başına gəlib. Dediklərinə görə, onlara ümumilikdə təxminən 300 min manat civarında ziyan dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxslərin qanunsuz əməlləri nəticəsində çoxsaylı vətəndaşların dələduzluq edilərək aldadılması ilə bağlı polisə müraciətlər daxil olub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb.

Polisin həyata keçirdiyi tədbirlərlə qeyd edilən əməlləri törədən iki nəfər müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az