logo
logo logo
logo

Sumqayıtda uşaq hüquqları ilə bağlı tədbir keçirildi

12:01 - 13 Noyabr 2026

Sumqayıtda uşaq hüquqları ilə bağlı tədbir keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində maarifləndirmə tədbiri keçirilib.


Manset.az xəbər verir ki, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı çıxış edərək Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, bu istiqamətdə görülən işlər və mövcud müdafiə mexanizmləri barədə geniş məlumat verib.

Tədbir zamanı, həmçinin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntuları, bu əməllərin doğurduğu hüquqi nəticələr, rəqəmsal mühitdə uşaqların üzləşə biləcəkləri təhlükə və risklər, eləcə də hüquq pozuntularının və digər riskli halların qarşısının alınması istiqamətində səmərəli preventiv yanaşmalar barədə məlumat verilib. Tədbirdən kollecin 100-dən çox tələbəsi faydalanıb.

Yekunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az