logo
logo logo
logo

İran ABŞ-yə məxsus erkən xəbərdarlıq radarını hədəfə aldı

12:36 - 13 Noyabr 2026

İran ABŞ-yə məxsus erkən xəbərdarlıq radarını hədəfə aldı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüzgan vilayətinin Sirik şəhərində yerləşən telekommunikasiya qülləsinə edilən hücuma cavab olaraq Bəhreyndəki ABŞ-yə məxsus erkən xəbərdarlıq radarının hədəfə alındığını bəyan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran mətbuatının ölkənin Hörmüzgan vilayətində yerləşən Sirik şəhərinin yeni hücuma məruz qaldığını açıqlamasından sonra Tehran Vaşinqtona qarşı cavab tədbiri gördüyünü bildirib.

Açıqlamada qeyd olunub:

“Bu, təcavüzkar düşmənə hava təxribatlarına və Hörmüz boğazında neft qaçaqmalçılığına son qoyması üçün ciddi xəbərdarlıqdır. Bu pozuntular və təcavüzkar əməllər təkrarlanarsa, heç bir məhdudiyyət tanımadan müdaxilə etməyə hazırıq”.

Hörmüz boğazından icazəsiz keçməyə cəhd göstərən ticarət gəmilərinə də toxunulan açıqlamada xəbərdarlıq edilib:

“Təcavüzkar düşmənin oyununa aldanaraq qaydaları pozan şirkətlər daha ağır sanksiyalarla üzləşəcəklər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az