logo
logo logo
logo

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi - FOTOLAR

15:00 - 13 Noyabr 2026

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi - FOTOLAR

2026-cı il noyabrın 13-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Manset.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.  

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.  





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az