logo
logo logo
logo

“Türkiyə NATO-nun əsas müttəfiqlərindən biridir” - Mark Rutte

16:35 - 13 Noyabr 2026

“Türkiyə NATO-nun əsas müttəfiqlərindən biridir” - Mark Rutte

NATO-nun baş katibi Mark Rutte Türkiyənin Alyans üçün mühüm müttəfiq olduğunu bildirib. O, Türkiyənin Avropanın ən böyük ordularından birinə və ən iri müdafiə sənayesi infrastrukturuna malik olduğunu vurğulayaraq, digər müttəfiq ölkələrin Ankaraya böyük hörmət bəslədiyini qeyd edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rutte İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) Zirvə toplantısı çərçivəsində jurnalistlərə açıqlama verib. O, Türkiyə və Avropanın digər əsas ölkələrinin müvafiq razılaşmalarda rol almasının nəzərdə tutulduğunu bildirib. Baş katib ABŞ-nin də açıq dəstək zəmanəti verəcəyini vurğulayıb.

Yaxın Şərqdəki vəziyyət və gərginliklər fonunda Türkiyənin NATO daxilindəki rolu ilə bağlı suala cavab verən Rutte deyib:

“Türkiyə, şübhəsiz ki, NATO-nun əsas müttəfiqlərindən biridir. Demək olar ki, Alyansın yarandığı ilk dövrlərdən etibarən onun üzvüdür. Avropanın ən böyük ordularından birinə malikdir. Eyni zamanda, Avropanın ən iri müdafiə sənayesi infrastrukturlarından birinə sahibdir. Buna görə də Türkiyə bütün baxımdan mühüm müttəfiqdir və digər 31 müttəfiq ölkə tərəfindən böyük hörmətlə qarşılanır”.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az