logo
logo logo
logo

Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

19:11 - 13 Noyabr 2026

Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

Azərbaycan vətəndaşı Allahverdiyev Telman Musa oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.


Manset.az xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Telman Allahverdiyevin xüsusilə külli miqdar təşkil edən məbləğdə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib və o, istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

T.Allahverdiyev Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az