logo
logo logo
logo

 Pərvanə Vəliyeva seçiciləri ilə görüşdü - FOTOLAR

19:24 - 13 Noyabr 2026

 Pərvanə Vəliyeva seçiciləri ilə görüşdü - FOTOLAR

13 noyabr 2026-cı il tarixdə Milli Məclisin deputatı Pərvanə Vəliyeva, 35 saylı Xətai rayon seçki dairəsi üzrə seçiciləri ilə səyyar görüşüb. 


Manset.az xəbər verir ki, örüş Xətai rayonu, Marat Əmirxanov küçəsində yerləşən 165 saylı tam orta məktəbin inzibati binasında baş tutub. 

Görüş zamanı sakinləri narahat edən məsələlərlə bağlı müraciətlər dinlənilib, müraciət edənlərin ərizələri qəbul edilib. Mənzil kommunal məsələlərə dair problemlərlə yerində tanış olmaq üçün bir neçə ünvana əyani baxış keçirilib. 

Qaldırılan bəzi məsələlərlə bağlı qanunvericiliyin tələbləri sakinlərə izah edilib, təcili məsələlərlə bağlı yerindəcə aidiyyatı qurumlara məlumat verilib. Digər məsələlərin qanunvericilik çərçivəsində araşdırılaraq baxılması məqsədilə deputat tərəfindən müvafiq işlərin aparılacağını bildirilmişdir.

Deputat Pərvanə Vəliyevanın növbəti vətəndaş qəbulu 26.11.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının binasında baş tutacaq. Qəbula yazılmaq üçün vətəndaşlar +994558113330 nömrəsi ilə əlaqə saxlanıla bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az