logo
logo logo
logo

İşlədiyi evdə pələng hücum edərək öldürdü - Pakistanda dəhşətli hadisə

17:36 - 13 Noyabr 2026

İşlədiyi evdə pələng hücum edərək öldürdü - Pakistanda dəhşətli hadisə

Pakistanın Lahor şəhərində təsərrüfatda saxlanılan pələngin hücumuna məruz qalan işçi həyatını itirib. Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nauman adlı şəxs sosial şəbəkələrdə paylaşmaq üçün video çəkmək məqsədilə Lahor şəhərinin Kahna bölgəsində yerləşən təsərrüfata gedib. Onun səfəri zamanı dişi pələng təsərrüfatın işçisi Talhaya hücum edib.

Ağır xəsarətlər alan 19 yaşlı Talha xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az