Sirkə turşusundan zəhərlənən Ucar sakini ölüb.
Manset.az Lent az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.
Kənd sakini, 39 yaşlı Elvin Abdullayev zəhərlənmə əlamətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkən xəstəxanada müalicə olmaqdan imtina edib və o, xəstəxanadan çıxdıqdan bir neçə saat sonra evində ölüb.