Xəbər verdiyimiz kimi, Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az qəzada dünyasını dəyişən Hüseynəliyev Hüseynəli Vidadi oğlunun fotosunu əldə edib.
Məlumata görə, qəzaya düşən hər üç şəxs Vətən müharibəsinin iştirakçısı və müharibə veteranı olub. Xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Qeyd edək ki, vəfat edən qazi ailəli olub, 2 uşağı var.