logo
logo logo
logo

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - FOTOLAR

10:11 - 16 Noyabr 2026

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - FOTOLAR

Sentyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.


Manset.az xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan güclü külək bütün gecə boyu davam edib. Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər:

“Birliyin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazidən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib”.








Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az