logo
logo logo
logo

Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi 

15:15 - 16 Noyabr 2026

Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi 

Sahibkarlara qarşı külli miqdarda mənimsəmədə təqsirləndirilən Nadir Allahverdiyevin cinayət işinin məhkəməsi başlayıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymət Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. N.Allahverdiyev barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənməsi və cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. O, məhkəmə zalında həbs olunub. İlk baxış iclası noyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs sahibkarlara qarşı dələduzluqda ittiham olunur. O, spirtli içkiləri və ət satışını həyata keçirən şəxslərdən məhsulu alıb və satışı həyata keçirdərək pulunu qaytarmayaraq zərərçəkmişlərə 300 min manata qədər ziyan vurub.

İttiham edilən şəxs istintaq dövründə zərərçəkmişlərə 40 min manat ödəniş edib. Onun barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdi. Zərərçəkmiş şəxs qismində "Polad SR" MMC, "Organic Line" QSC, ALKO LMD AZƏR SPİRT 2024 MMC hüquqi şəxs və Kamran İsayev tanınıb. Təqsirləndirilən Nadir Allahverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edil


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az