logo
logo logo
logo

Husilərdən Səudiyyə Ərəbistanına böyük HÜCUM

12:17 - 16 Noyabr 2026

Husilərdən Səudiyyə Ərəbistanına böyük HÜCUM

Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda iki neft nasos stansiyasını, Kral Xalid Beynəlxalq Hava Limanını və maliyyə mərkəzini hədəf aldıqlarını bəyan ediblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri ABŞ-nin X sosial şəbəkəsindəki hesabından Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlarla bağlı açıqlama yayıb. 

Səri bildirib ki, Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanı və maliyyə mərkəzi iki ballistik raketlə “Petroline” adı ilə də tanınan Şərq-Qərb neft kəməri üzərindəki 5 və 6 nömrəli neft nasos stansiyaları isə iki pilotsuz uçuş aparatı (PUA) ilə vurulub.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Koalisiya Qüvvələrinin sözçüsü, briqada generalı Türki əl-Maliki daha əvvəl verdiyi açıqlamada ölkənin müxtəlif bölgələrinə atılan iki ballistik raketin və altı PUA-nın zərərsizləşdirildiyini bildirib.

Maliki ballistik raketlərin Ər-Riyadı, PUA-ların isə Məkkə, Mədinə və Şərqiyyə bölgələrini hədəf aldığını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az