Hərbçi müştərilərinə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq imkanı yaradan Birbank xüsusi kredit kampaniyasına start verib. 12–30 noyabr tarixlərində davam edəcək kampaniya çərçivəsində hərbçilər 50 000 AZN-dək nağd krediti 5%-dək endirimlə və zaminsiz əldə edə bilərlər.
Kampaniyanın diqqətçəkən üstünlüklərindən biri
kredit müraciətinin sadələşdirilmiş proseslə həyata keçirilməsidir. Rəsmiləşdirmə
zamanı əlavə sənədlər tələb olunmur, müraciət isə onlayn və ya oflayn qaydada
operativ şəkildə edilir. Beləliklə, müştərilər kredit üçün müraciət prosesinə
daha az vaxt sərf edərək ehtiyac duyduqları maliyyə imkanına daha rahat çıxış əldə
edirlər.
Kredit müraciətini Birbank mobil tətbiqi vasitəsilə
onlayn şəkildə etmək mümkündür. Bununla yanaşı, müştərilər Birbank çatı, 196
Əlaqə Mərkəzi vasitəsilə, eləcə də istənilən Kapital Bank/Birbank filialına
yaxınlaşaraq fürsətdən yararlana bilərlər.
Birbank bu kampaniya ilə hərbçilərə daha əlçatan və
sərfəli maliyyə həlli təqdim etməyi hədəfləyir.
Ətraflı
məlumat üçün: https://www.b-b.az/nYxXDn
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları
təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 15 Rəqəmsal Mərkəzdən
ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.
Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.