ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək tarixi zirvə çərçivəsində ilk dəfə üçtərəfli görüşü baş tutacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran müharibəsi, Ukrayna böhranı, nüvə tərksilahı və ABŞ-Çin ticarət atəşkəsinin gələcəyinin müzakirə olunacağı görüş ərəfəsində üç liderin prioritetləri arasındakı fikir ayrılıqları diqqət çəkir.
Pekin administrasiyasının “dünya sülhünün qorunması və böyük dövlətlər arasında strateji sabitliyin təşviqi baxımından dönüş nöqtəsi” kimi səciyyələndirdiyi zirvə qlobal geosiyasətin ən ciddi böhranlarının fonunda baş tutacaq.
Lakin liderlər eyni masa arxasında görüşməyə hazırlaşarkən Vaşinqton, Moskva və Pekinin müzakirə gündəliyinə dair prioritet və gözləntiləri arasında ciddi fərqlər olduğu müşahidə edilir.