logo
logo logo
logo

Xaçmazda maşın aşdı - 1 ölü, 4 yaralı var (FOTO) 

17:18 - 16 Noyabr 2026

Xaçmazda maşın aşdı - 1 ölü, 4 yaralı var (FOTO) 

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xudat-Yalama avtomobil yolunun rayonun Ləcət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Ləcət kənd sakini Muradxanov Asim Rüfət oğlu hadisə yerində ölüb. Avtomobildə olan digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, Asim Muradxanov Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az