logo
logo logo
logo

Taylandda dəhşətli yanğın - 11 ölü, 16 yaralı 

17:36 - 16 Noyabr 2026

Taylandda dəhşətli yanğın - 11 ölü, 16 yaralı 

Taylandın Phuket şəhərində çoxsaylı mağaza və dükanın alova büründüyü yanğın baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, elektrik dirəyində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilən hadisə nəticəsində 11 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb.

Səlahiyyətli şəxslərin bildirdiyinə görə, yanğın içərisində neft məhsulları və digər tezalışan maddələr, eləcə də təxminən 100 motosiklet olan mağazadan ətraf ərazilərə yayılıb.

Yanğınsöndürənlərin alovu nəzarət altına alması təxminən iki saat çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az