logo
logo logo
logo

7 yaşlı uşaqlarını təyyarədə unutdular

15:52 - 17 Noyabr 2026

7 yaşlı uşaqlarını təyyarədə unutdular

Braziliyanın Porto-Aleqri şəhərindəki Salqado Filyo Beynəlxalq Hava Limanına noyabrın 14-də enən sərnişin təyyarəsində bir ailə 7 yaşlı övladını unudub.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, noyabrın 14-də Braziliyanın San-Paulu şəhərindəki Quarulhos Hava Limanından havaya qalxan LATAM Hava Yollarına məxsus “LA3420” saylı reys Porto-Aleqri şəhərindəki Salqado Filyo Beynəlxalq Hava Limanına enib.

Sərnişinlərin təyyarədən enməsi başa çatdıqdan təxminən 20 dəqiqə sonra kapitan pilot hava hərəkətini idarəetmə qülləsi ilə əlaqə saxlayaraq bir ailənin təyyarəni tərk edərkən 7 yaşlı övladını salonda unutduğunu bildirib.

Radio danışıqları zamanı hadisənin qeyri-adi olduğunu vurğulayan kapitan pilot təyyarəyə yerüstü xidmət əməkdaşının göndərilməsini istəyib.

Təhlükəsizlik qaydalarına əsasən, ailənin yenidən təyyarəyə qayıtmasına icazə verilməyib. Aviaşirkət əməkdaşlarının nəzarəti altında saxlanılan uşaq daha sonra hava limanı işçilərinin köməyi ilə ailəsinə təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az