logo
logo logo
logo

Aldığı telefonun kreditini ödəyə bilmədi - Arvadını döydü 

11:00 - 17 Noyabr 2026

Aldığı telefonun kreditini ödəyə bilmədi - Arvadını döydü 

Bakıda kişi həyat yoldaşını döyüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Bədəl Ağayev (soyadı şərtidir - red.) həyat yoldaşı ilə birlikdə Xaçmazdan Bakıya, qayınanasının evinə köçüb. O, həyat yoldaşı üçün kreditlə mobil telefon götürüb və krediti dayısının adına rəsmiləşdirib. Bir neçə ay keçməsinə baxmayaraq Bədəl telefonun kreditini ödəməyib. Buna görə də dayısı Bədəldən telefonu tələb edib. Bədəl həyat yoldaşından telefonu alıb dayısına qaytarmaq istəsə də, qadın telefonu verməyib və nəticədə ərlə arvad arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Bədəl həyat yoldaşının başından bir zərbə endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Bədəl saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Bədəl Ağayev 1 200 manat cərimə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az