Göygöl rayonunda 68 yaşlı kişinin meyiti tapılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Gəray Həmzəyevin yaşadığı evdə meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, 68 yaşlı kişi evdə tək yaşayırmış.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.