logo
logo logo
logo

Türkiyənin məşhur media qurumunda ƏMƏLİYYAT - 4 nəfər saxlanıldı

12:22 - 17 Noyabr 2026

Türkiyənin məşhur media qurumunda ƏMƏLİYYAT - 4 nəfər saxlanıldı

İstanbul Baş Prokurorluğunun FETÖ/PDY terror təşkilatına qarşı apardığı istintaq çərçivəsində “Sözcü” qəzetinin və SZC TV-nin yerləşdiyi ünvanlarda axtarış qərarı verilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq İdarəsi tərəfindən FETÖ/PDY silahlı terror təşkilatına üzvlük və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanunun tələblərini pozma ittihamları üzrə aparılan araşdırma çərçivəsində yeni əməliyyat qərarı qəbul edilib.

Burak Akbayın xaricdəki bank hesablarından şirkətləri maliyyələşdirdiyi iddiası ilə aparılan araşdırma çərçivəsində 4 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. “Mega Ajans ve Reklamcılık Ticaret A.Ş.” şirkətinə isə Əmanətlərin Sığortalanması Fondunun (TMSF) qəyyum təyin edildiyi bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az