logo
logo logo
logo

"Sizi Cənub qütbünə qədər sürgün edəcəyik" - İrandan ABŞ-yə iddialı CAVAB

13:20 - 17 Noyabr 2026

\"Sizi Cənub qütbünə qədər sürgün edəcəyik\" - İrandan ABŞ-yə iddialı CAVAB

Əli Abdullahi ABŞ ilə bağlı açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi ABŞ-yə ünvanladığı açıqlamada diqqətçəkən ifadələr işlədib.

İran Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin ABŞ-nin dəniz qüvvələrinə qarşı təsirli əməliyyatlar həyata keçirdiyini və uğurlar qazandığını bildirən Abdullahi, “ABŞ-ni Cənub qütbünə qədər geri çəkilməyə məcbur edəcəyik. Amerikalılar bu addımımızı gözləsinlər”, – ifadələrini işlədib.

Abdullahi ölkəsinin hazırda dünyanın iki böyük gücünə qarşı müqavimət göstərə bildiyini qeyd edib. O, İran xalqının və ordusunun müharibə ilə bağlı çətin sınaqdan uğurla çıxdığını vurğulayıb və düşmən peşman olana qədər əməliyyatların davam etdirilməsinin vacibliyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az