logo
logo logo
logo

Yeni doğulmuş körpəsini 9 dəfə bıçaqlayaraq öldürdü

15:49 - 17 Noyabr 2026

Yeni doğulmuş körpəsini 9 dəfə bıçaqlayaraq öldürdü

Türkiyənin Kocaeli vilayətində 2021-ci ildə yeni doğulan körpəsini 9 bıçaq zərbəsi ilə öldürən qadına verilmiş ömürlük həbs cəzası Ali Məhkəmə tərəfindən ləğv edilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərarın səbəbi hadisə zamanı qadının müvəqqəti olaraq dərketmə qabiliyyətini itirib-itirmədiyinin araşdırılmasının zəruri hesab edilməsidir. Təxminən 6 ildir həbsdə olan təqsirləndirilən qadın digər övladlarına qovuşmaq üçün ev dustaqlığına buraxılmasını tələb etdiyini bildirib.

Qeyd edək ki, hadisə 20 yanvar 2021-ci ildə İzmit rayonunun Yenişehir məhəlləsində baş verib. Evli və üç uşaq anası olan 34 yaşlı Merve T. evində sancıları başladıqdan sonra hamam otağına keçərək orada doğuş edib. Oğlan uşağı dünyaya gətirən qadın yeni doğulmuş körpəsini hamam otağında 9 dəfə bıçaqlayaraq öldürüb.

Hadisədən sonra özəl xəstəxanaya yerləşdirilərək müalicə alan Merve T. müalicəsi başa çatdıqdan sonra saxlanılıb. İfadəsi alındıqdan sonra məhkəmə qarşısına çıxarılan qadın barəsində həbs qətimkan tədbiri seçilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az