Türkiyənin Samsun vilayətində 38 yaşlı kişi 71 yaşlı anasını döyərək öldürüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 19:00 radələrində Çarşamba rayonunun Orta məhəlləsində baş verib.
Məlumata görə, iki ay əvvəl həbsdən çıxan Nurettin Gürgün birlikdə yaşadığı anası İftadiye Gürgünü evlərində döyərək ağır yaralayıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Ağır vəziyyətdə olan qadın təcili tibbi yardım avtomobili ilə Çarşamba Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, onun barəsində ümumilikdə 23 cinayət qeydi olduğu məlum olub.