İspaniyada dəmir yollarında təhlükəsizliyin təmin olunmasını tələb edən maşinistlər noyabrın 10-dan bəri üçüncü dəfə tətilə başlayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, tətil ölkə üzrə qatarların hərəkətində ciddi fasilələrə səbəb olub.
Ölkə üzrə 7 mindən çox maşinisti əhatə edən tətil əvvəlki günlərdən fərqli olaraq, minimum xidmət səviyyəsinin təmin edilə bilməməsi səbəbindən xüsusilə Barselona və Madrid kimi böyük şəhərlərdə nəqliyyat xaosuna yol açıb.
Səhər tezdən işə getmək üçün dəmir yolu stansiyalarına üz tutan ispaniyalılar şəhərətrafı qatarların hərəkətində yaranan ciddi problemlərlə üzləşiblər.