logo
logo logo
logo

81 illik düşmənlik yenidən alovlandı - Yaponiyadan Rusiyaya NOTA

17:35 - 17 Noyabr 2026

81 illik düşmənlik yenidən alovlandı - Yaponiyadan Rusiyaya NOTA

Rusiya hərbi təyyarələrinin Yaponiyanın hava məkanını pozması Tokionun Moskvaya sərt etiraz notası göndərməsinə səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 1905-ci ildə müharibəyə çevrilən iki ölkə arasındakı rəqabət 1945-ci ildən bəri həllini tapmayan adalar mübahisəsi ilə davam edir. Ekspertlərin fikrincə, Çinin Rusiyaya yaxınlaşması Sakit okean regionunda yeni hərbi qarşıdurma təhlükəsi ilə bağlı narahatlıqları artırır.

Yaponiya ilə Rusiya arasında tarixi ziddiyyətlər yenidən hərbi gərginliyə çevrilir. Yaponiya hökuməti noyabrın 17-də səhər saatlarında Rusiyaya məxsus olduğu ehtimal edilən iki hərbi təyyarənin Fukuoka yaxınlığındakı Okinosima adası ətrafında ölkənin hava məkanını pozduğunu açıqlayıb. Bununla əlaqədar Moskvaya diplomatik etiraz notası təqdim edilib.

Məlumata görə, hadisədən sonra Yaponiya qırıcı təyyarələri havaya qaldırılıb. Rusiya təyyarələrinin Tsuşima boğazını keçərək Tayvanla Yaponiyanın Yonaguni adası arasından Sakit okean istiqamətində hərəkət etdiyi bildirilib.

Rusiya hərbi təyyarələrinin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olmasından sonra Cənubi Koreya da qırıcılarını havaya qaldırıb.

Hadisə Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Yaponiyanın ərazi iddiası irəli sürdüyü Kuril adalarına səfər etməsindən, Rusiyada bir yapon jurnalistin casusluq ittihamı ilə saxlanılmasından və Yaponiya şirkətlərinin aktivlərinin müsadirə olunmasından sonra baş verib.

İki ölkə arasındakı mübahisənin kökləri Çar Rusiyası ilə Yaponiya imperiyası arasında gedən geosiyasi rəqabətə qədər uzanır.

Digər tərəfdən, Çinin Moskva ilə münasibətlərini daha da yaxınlaşdırması Sakit okean regionunda hərbi qüvvələr balansının dəyişməsi ilə bağlı narahatlıqları artırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az