logo
logo logo
logo

“Apple” Fransada məhkəmə qarşısına çıxarılacaq

17:39 - 17 Noyabr 2026

“Apple” Fransada məhkəmə qarşısına çıxarılacaq

ABŞ-nin texnologiya nəhəngi “Apple” şirkəti bəzi “iPhone” modellərində planlı köhnəltmə tətbiq etdiyi iddiası ilə Fransada məhkəmə qarşısına çıxarılacaq.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkət bəzi “iPhone” modellərinin rəsmi servis mərkəzlərindən kənarda təmir olunmasına mane olmaqla planlı köhnəltmə siyasəti həyata keçirməkdə ittiham olunur.

İşlə bağlı məlumatlı mənbələr məhkəmə iclasının iyunun 17-də Parisdə keçiriləcəyini açıqlayıblar.

İddia üzrə araşdırmaya cəlb edilən cihazlar arasında “iPhone XS”, “iPhone 12”, “13”, “14” və “15” seriyaları, eləcə də 2022-ci ildə satışa çıxarılan “iPhone SE” modeli yer alır.

Şirkət təqsirli bilinərsə, 300 min avroyadək cərimə oluna bilər.

Planlı köhnəltmə ilə mübarizə aparan Fransanın ətraf mühitin mühafizəsi üzrə “Halte à l'Obsolescence Programmée” adlı qeyri-hökumət təşkilatı 2022-ci ilin dekabrında “Apple” şirkətindən şikayət edərək hüquqi araşdırmaya başlanılmasını tələb etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az