Sumqayıtda piyadanı avtomobil vurub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən qadını VAZ markalı minik avtomobili vurub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.