İspaniyanın “Real Madrid” klubunda çıxış edən Arda Gülər və İtaliyanın “Yuventus” komandasında oynayan Kənan Yıldız 2026-cı il “Globe Soccer Awards” mükafatlarında “İlin ən yaxşı gənc futbolçusu” nominasiyasına namizəd göstəriliblər.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Globe Soccer Awards” mükafatlarının 17-ci təqdimetmə mərasimi bu il dekabrın 28-də Dubayda keçiriləcək. Təşkilatçılar 14 nominasiya üzrə namizədlərin siyahısını açıqlayıblar.
İctimai səsvermə noyabrın 30-dək davam edəcək.