Lənkəranda 13 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Darquba kəndində qeydə alınıb. Kənd sakini, F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər yeniyetməyə boyun nahiyəsinin açıq yarası diaqnozu qoyublar. Ona zəruri ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, yeniyetmə evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğrayarkən ehtiyatsızlıqdan boğaz nahiyəsinə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.