logo
logo logo
logo

Rusiyada qəzada ölən azərbaycanlının nəşi Vətənə gətirildi

22:49 - 17 Noyabr 2026

Rusiyada qəzada ölən azərbaycanlının nəşi Vətənə gətirildi

Rusiyada faciəli şəkildə həlak olan Azərbaycan vətəndaşı Vüqar İsmayılovun nəşi Vətənə gətirilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, mərhum Salyan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin yaxınlığındakı magistral yolda baş verib.

Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili "Mercedes" markalı yük avtomobili və "Volkswagen" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində Vüqar İsmayılov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az