logo
logo logo
logo

Azərbaycan-İsrail mədəni əməkdaşlığı müzakirə olundu

10:40 - 18 Noyabr 2026

Azərbaycan-İsrail mədəni əməkdaşlığı müzakirə olundu

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 17-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus ilə görüşüb.


Manset.az xəbər verir ki, səfiri salamlayan Adil Kərimli Azərbaycan-İsrail münasibətlərinin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib. Qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələr ildən-ilə genişlənir. İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və incəsənət layihələrində qarşılıqlı iştirak bu əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Səfir Ronen Kraus səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan-İsrail mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az